Bazar, 05 May

"WhatsApp" istifadəçilərinə ŞAD XƏBƏR - FOTO

image

"WhatsApp" tərtibatçıları yeni mühafizəsi sistemi hazırlayır. 

Xəbər verilir ki, bu barədə "WABetaInfo" portalı məlumat dərc edib.

Mesencerdə artıq elektron poçt ünvanı ilə autentifikasiya mümkün olacaq.

Elektron poçt "WhatsApp" hesabına daxil olmaq üçün alternativ yol kimi istifadə olunacaq. Qeyd olunur ki, ünvan kontaktlar və həmsöhbətlər üçün görünməyəcək.

Bununla belə yeni istifadəçilər mesencerdə telefon nömrəsi ilə qeydiyyatdan keçməlidirlər.

Funksiya hesablarına daxil olmaqda çətinlik çəkən və SMS vasitəsilə 6 rəqəmli kod almadığı üçün "WhatsApp"a daxil ola bilməməkdən şikayət edən istifadəçilər üçün faydalı ola bilər.
Bu autentifikasiya metodu könüllüdür, əvvəlki kimi SMS vasitəsilə hesaba daxil olmaq da mümkündür.

Funksiya hələ inkişaf mərhələsindədir. Yeniliyin bütün istifadəçilər üçün nə vaxt təqdim ediləcəyi açıqlanmayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15